Tarixi yurdlarımıza, indiki ermənistandakı, yenidən sahib çıxmaq uğurundakı 20 ilə yaxın apardığımız mübarizəmizə ölkə xaricindəki erməni havadarlarından, ermənilərdən basqılar gözlədiyimiz halda, gözləmədiyimiz yerdən ölkə içindən üzərimizə şər-böhtan dolu kampaniya ilə basqılar başlandı. Öncə onu bildirmək istəyirəm ki, mən və mənim ətrafımdakı çoxsaylı vətənpərvər, yurdsevər insanlar daim dövlətçiliyimizin müdafiəçiləri olmaqla, ölkə prezidenti İlham Əliyev cənablarının siyasətinin açıq şəkildə dəstəkçiləri olmuşuq! Bu məsələnində üzərimizə olan basqıların səbəblərindən biri olduğu düşüncəsindəyəm. Məni yaxşı tanıyan hər kəs bilir ki, mən ətrafımdakı insanlarla bərabər 18 ildir ki, təmənnasız olaraq yurd mucadiləsi vermişəm və verməkdədə davam edirəm. Bu mübarizə mənim alın yazım və şərəfimdir! Bu mübarizəmə ləkə vurmaq istəyənlərə, şər-böhtanları ilə gözdən salmaq istəyənlərə, bu şər-böhtan kampaniyasını birtərəfli olaraq, qarşı tərəfin, yəni bizim, mövqeyini öyrənmədən tirajlayan mətbuat orqanlarına isə xəbərdarlıq edirəm! Bizlərin hüquqi dövlətdə yaşadığımızı unutmayın! Hər bir şər-böhtanın hüquqi sorunluluq yaratdığını unutmayın! Mətbuat haqqındakı qanunlara zidd olaraq, birtərəfli qaydada qarşı tərəfədə söz haqqı tanımadan birilərinin sifarişli şər-böhtan kampa niyalarına dəstək olmaqdan əl çəkin! 18 illik yurd mücadiləmdə çox haqqsızlıqlarla üzləşsəmdə, mətbuatla, insanlarla heç zaman məhkəmə dili ilə danışmadım! Problemlər yaşamalarını istəmədim! Bu gündə bunu istəmirəm! Mənim və tərəfdarlarımın bu çirkin kampaniyanı aparanlara və dəstəkçilərinə dostyana xəbərdarlığım olsun! Əgər bu dostyana etdiyim xəbərdarlığımı doğru dəyərləndirməsəniz, hüquqşünaslarımıza müraciət edərək, hüquqi addımlar atacağıq! Heç kim özünü qanunlardan yüksəkdə və toxunulmaz hesab etməsin!!!
Göyçə-Zəngəzur Türk Cumhuriyyətinin prezidenti və Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin sədri: Rizvan Talıbov.
20.09.2022.
Yorumlar
Yorum Gönder